Azərbaycan Ordusu hərbi təlimlər keçirir - VİDEO
39
                13:39 - 08 Avqust 2024
             
            Cari ilin hazırlıq planına əsasən, Quru Qoşunlarının mexanikləşdirilmiş bölmələri ilə döyüş atışlı taktiki təlimlər keçirilir.
Bu barədə TNS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ümumqoşun poliqonunda keçirilən təlimlərdə əsas diqqət ekipajların bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönəldilir. Azərbaycan Ordusunda bölmələrin döyüş hazırlığını və şəxsi heyətin peşəkarlığını daim yüksək səviyyədə saxlamaq məqsədilə keçirilən tədbirlər davam etdirilir.
 
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                    