Close

Müdafiə sənayesi naziri Minskdə Belarusla hərbi-texniki sahədə əməkdaşlığı müzakirə edib

Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti Belarusda işgüzar səfərdədir.

Bu barədə TNS-ə nazirlikdən məlumat verilib. Bildirilib ki, iyulun 15-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikası Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantusun dəvəti əsasında Minsk şəhərinə işgüzar səfərə gedib.

Səfər çərçivəsində nazir Vüqar Mustafayev Belarus Respublikası Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantus ilə görüşüb və iki dost ölkə arasında hərbi-texniki sahədə mövcud əməkdaşlıq, o cümlədən gələcək əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, hər iki tərəfi maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində MSN-in nümayəndə heyətinin bir sıra müəssisələrin istehsalat prosesi ilə tanış olması da planlaşdırılır.