Close

Müdafiə nazirinin müavinlərinin sayı azaldıldı - FOTO

Müdafiə Nazirliyinin struktur bölməsinə dəyişiklik edilib.

TNS xəbər verir ki, rəsmi olaraq müdafiə nazirinin müavinlərinin sayı azaldılıb.

Belə ki, müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordunun Komandanı vəzifəsi siyahıdan çıxarılıb.

Müdafiə naziri, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, müdafiə nazirinin müavini - Baş direktor vəzifələri isə yerində qalıb.

Nazirlikdən faktı TNS-ə təsdiq ediblər.

nFp13rAatZ6ZwvqcUPSmht5NYlvqXorLcruUx9pB_640