Close

MN-in şəxsi heyəti Tovuz döyüşlərinin ildönümü ilə bağlı İkinci Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Müdafiə Nazirliyinin bir qrup şəxsi heyəti Tovuz döyüşlərinin dördüncü ildönümü ilə əlaqədar İkinci Şəhidlər xiyabanını ziyarət edib.

TNS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut elan edildikdən sonra hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunub.

Şəhidlik zirvəsinə ucalan Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, xatirələri ehtiramla yad edilib. Tədbirdə şəhidlərin ölməzliyindən danışılıb və onların xatirələrinin bundan sonra da əziz tutulacağı əminliklə qeyd edilib.