Close

Kərəm Mustafayev yola salınır

Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin yaxın vaxtlarda vəzifəsindən azad ediləcəyi gözlənilir.

TNS-ə bu barədə etibarlı mənbədən məlumat daxil olub.

Məlumata görə, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusuna Vətən Müharibəsi qəhrəmanlarından biri komandan təyin ediləcək.

Qeyd edək ki, Kərəm Mustafayev 1983-1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri və tabor komandiri vəzifələrində xidmət edib.

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tabor komandiri, Əlahiddə gücləndirilmiş motoatıcı briqadanın qərargah rəisi-briqada komandirinin müavini, Əlahiddə gücləndirilmiş motoatıcı briqadanın komandiri, Motoatıcı diviziya komandiri, Ordu korpusunun komandiri vəzifələrində xidmət edib.

14 may 2014-cü il ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı vəzifəsinə təyin olunub.