Kərəm Mustafayev yola salınır

Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin yaxın vaxtlarda vəzifəsindən azad ediləcəyi gözlənilir.
TNS-ə bu barədə etibarlı mənbədən məlumat daxil olub.
Məlumata görə, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusuna Vətən Müharibəsi qəhrəmanlarından biri komandan təyin ediləcək.
Qeyd edək ki, Kərəm Mustafayev 1983-1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri və tabor komandiri vəzifələrində xidmət edib.
1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tabor komandiri, Əlahiddə gücləndirilmiş motoatıcı briqadanın qərargah rəisi-briqada komandirinin müavini, Əlahiddə gücləndirilmiş motoatıcı briqadanın komandiri, Motoatıcı diviziya komandiri, Ordu korpusunun komandiri vəzifələrində xidmət edib.
14 may 2014-cü il ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı vəzifəsinə təyin olunub.