Close

Bu generallar ehtiyata buraxıldı

Azərbaycan Respublikasının Silhalı Qüvvələrinin iki generalı tutduqları vəzifədən azad olunaraq ehtiyata buraxılıblar.

TNS xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

Onlar Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general-leytenant Zakir Ağayev ilə Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Məmməd Eminovdur.

Məlumatı Müdafiə Nazirliyindən təsdiqləyiblər.

Qeyd edək ki, “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmiş Zakir Ağayevə 2022-ci ildə sərəncam ilə general-leytenant rütbəsi verilmişdi. (Trend)