Zakir Həsənov Minskdə hərbi paradda iştirak edəcək
4
15:30 - 02 İyul 2024
![](/upload/files/up3/Xeberler/2024/07/2/ea363a8b-0acd-4f6c-96b7-b388ba38a72f_06-06-2024_14-19-31.jpg)
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 2-də Belarusa səfər edib.
TNS-in Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Minsk şəhərində keçiriləcək bu ölkənin alman-faşist işğalçılarından azad olunmasının 80-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş hərbi paradda, həmçinin Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirakı planlaşdırılır.
Müdafiə nazirinin rəsmi səfəri iyulun 3-dək davam edəcək.