Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlim keçirəcək
54
17:57 - 27 Noyabr 2023

Gələn il kiberhücumlarla bağlı birgə təlim keçirəcəyik.
TNS xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər noyabrın 27-də Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə üçtərəfli görüşdə deyib.
O, hərbi təlimin Türkiyədə baş tutacağını bildirib.
Nazir həmçinin vurğulayıb ki, bugünkü üçtərəfli görüşün regional əməkdaşlığa töhfə verəcəyinə inanır:
"Fürsətdən istifadə edib Azərbaycan və Gürcüstan xalqına rifah arzulayıram".