Azərbaycan hərbçiləri "Bayraktar AKINCI" kursundan məzun olub
47
21:54 - 30 Sentyabr 2023

Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin bir neçə üzvü Türkiyədə “Baykar” şirkəti tərəfindən təşkil edilən “AKINCI pilotsuz uçuş aparatını idarəetmə kursu"nda məzun olublar.
TNS xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb.
Hərbçilər "Bayraktar AKINCI" hücum pilotsuz uçuş aparatının idarəedilməsi bacarığına yiyələniblər.
Mərasim Azərbaycan Səfirliyi və hərbi attaşelərin şəxsi heyətinin iştirakı ilə keçirilib.