Close

Kəlbəcərdə ermənilərin snayperlə vurduğu hərbçimiz şəhid olub

Sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb.

Müdafiə Nazirliyindən TNS-ə verilən məlumata görə, atəş nəticəsində hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu şəhid olub.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.