Qarabağ bölgəsində döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir - VİDEO
62
09:00 - 30 Sentyabr 2023

Lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən tərk edilmiş döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir, ərazidə kommunikasiya xətləri bərpa olunur.
Azərbaycan müdafiə Nazirliyindən TNS-ə bildirilib ki, sentyabrın 29-da Tərtər və Ağdərə yaşayış məntəqələrini birləşdirən yol üzərindəki döyüş mövqeyi ləğv edilərək nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib.