Close

16:50
15 Yanvar 2025
16:30
15 Yanvar 2025

Müdafiə Nazirliyi: "Mülki şəxslər və heç bir mülki obyekt hədəfə alınmır" - VİDEO

Ermənistan sosial media hesablarında paylaşılan mülki şəxslərin və mülki inrastrukturun guya Silahlı Qüvvələrimiz tərəfindən atəşə məruz qalması barədə məlumatlar tamamilə yalandır, dezinformasiya xarakteri daşıyır.

TNS xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 

"Dəfələrlə qeyd etdiyimiz kimi mülki şəxslər və heç bir mülki obyekt Silahlı Qüvvələrimiz tərəfindən hədəfə alınmır, yalnız legitim hərbi hədəflər zərərsizləşdirilir", - məlumatda qeyd olunub.

Müdafiə Nazirliyi qeyd olunan müvafiq faktlardan bəzilərini təqdim edib.