Close

08:40
22 Dekabr 2024
08:32
22 Dekabr 2024

"Antiterror tədbirlərinin məqsədi Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsidir"

Antiterror tədbirlərinin məqsədi Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsidir.

TNS xəbər verir ki, bunu brifinqdə Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov deyib.

Bildirilib ki, bölgədə başladılan lokal xarakterli antiterror tədbirlərinin məqsədi 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsidir.