Azərbaycan və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı olub
98
15:06 - 19 Sentyabr 2023

Sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler arasında telefon danışığı olub.
General-polkovnik Zakir Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə həmkarını məlumatlandırıb.
Yaşar Güler Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu bildirib.