Ermənistan ordusunun Xocalı və Qırmızı Bazardakı döyüş vasitələri məhv edilir - VİDEO
71
14:59 - 19 Sentyabr 2023

Xocalı rayonu və Qırmızı Bazar istiqamətində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin döyüş mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri bölmələrimizin sərrast atəşi nəticəsində məhv edilir.
TNS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.