Zaqatalada yol qəzası baş verib, sürücü ölüb
59
11:30 - 31 May 2025
Zaqatala rayonunun Üçüncü Tala kəndi ərazisində “VAZ-2106” və motosiklet toqquşub.
TNS xəbər verir ki, nəticədə motosikletin sürücüsü, 27 yaşlı Şükür Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.