Dövriyyədən çıxarılmış 4 ton narkotik məhv edilib - VİDEO

Mayın 29-da məhkəmə qərarları ilə müsadirə olunmuş müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının növbəti məhv edilməsi prosesi keçirilib.
TNS xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Daxili İşlər Nazirliyi tərəfindən qanunsuz dövriyyədən çıxarılan və 2334 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 4 ton 555 kiloqram müxtəlif narkotik vasitə və 93 min 228 ədəd psixotrop tərkibli həb “Bakı Neft Maşınqayırma zavodu” MMC-nin ərazisində məhv edilib.