Close

Tələbələr arasında dava - Bıçaqlanan var - YENİLƏNİB

Mayın 29-da saat 11:30 radələrində Nizami rayonu, Xəzər Universitetindən təcili tibbi yardım xidmətinə çağırış daxil olub.

Bu barədə TNS-ə TƏBİB-dən bildirilib.

“Ünvana təcili tibbi yardım briqadası cəlb edilib. Təcili tibbi yardım briqadası tərəfindən 2005-ci il təvəllüdlü şəxsə (kişi cinsli) yerində ilkin tibbi yardım göstərilib və Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Bel nahiyəsinin deşilmiş yarası, sol bazunun kəsilmiş yarası diaqnozuları təyin edilən şəxsə zəruri tibbi yardımlar göstərilib və Əməliyyat blokuna alınıb. Hazırda pasiyent üzərində cərrahi əməliyyat aparılır, vəziyyəti ağır qiymətləndirilir”, məlumatda deyilir.

13:12

Xəzər Universitetində tələbə bıçaqlanıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli TNS-ə bildirib ki, bu gün Nizami rayonu ərazisində 20 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub:

"Əməli törətməkdə şübhəli bilinən həmyaşıdı F.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır", məlumatda bildirilib.

Qeyd edək ki, hadisənin Xəzər Universitetində baş verdiyi, bıçaqlanan şəxsin tələbə olduğu bildirilir.