"Xaçmaz Aqropark" ləğv olunur
13
12:37 - 29 May 2025

"Xaçmaz Aqropark" MMC "Yalama Aqropark” MMC-yə qoşulması ilə əlaqədar ləğv olunduğunu elan edib.
TNS bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadla xəbər verir.
Məlumata görə, bununla əlaqədar "Yalama Aqropark” yenidən təşkil olunur.
Xatırladaq ki, "Xaçmaz Aqropark" 2021-ci ildə, "Yalama Aqropakr" isə 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Onların nizamnamə kapitalı müvafiq olaraq 3,505 milyon manat və 27,193 milyon manatdır.