Close

Avtomobil qatarla toqquşdu

28 may saat 23:55 radələrində Ləki stansiyasının ərazisində yük qatarı hərəkətdə olarkən “Mercedes” markalı minik avtomobili dəmiryol keçidinin bağlı vəziyyətdə olmasına baxmayaraq, dəmiryol keçidindən istifadə qaydalarını pozaraq qatara çırpılıb.

Bu barədə TNS-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

ADY bir daha sürücüləri dəmiryol keçidlərinə yaxınlaşarkən qaydalara ciddi əməl etməyə çağırır. Dəmiryol keçidlərinə yaxınlaşarkən sürücülər yol kənarındakı işarələrə diqqət yetirməli, sağa və sola baxaraq qatarın gəlmədiyinə əmin olduqdan sonra yola davam etməlidirlər.