Close

Həmin insidentlə bağlı cinayət işi başlanıldı

Sosial şəbəkələrdə paytaxtın Xətai rayonunda Naxçıvan Muxtar Respublikası Şərur rayon sakini Firudin Bağırova qarşı xuliqanlıq edilməsinə dair görüntülər yayılıb.

TNS xəbər verir ki, F. Bağırovun qızı bir qrup şəxsin onların evinin qarşısına gələrək atası ilə münaqişə yaratdığını bildirib.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, hadisə mayın 20-si qeydə alınıb: “İnsident zamanı Rauf Şamxalov idarə etdiyi “Hyundai” markalı avtomobillə aralarında yaranan şəxsi mübahisə zamanı Firudin Bağırovu vuraraq xuliqanlıq hərəkətləri edib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb, iki nəfər şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir”.