Azərbaycanda vəzifəli şəxsin meyiti tapıldı - FOTO
34
19:40 - 24 May 2025

Ağdaşda vəzifəli şəxsin meyiti tapılıb.
TNS Lent.az-a istinadla xəbər verir ki, hadisə şəhərin Qaçaq Nəbi küçəsində qeydə alınıb.
64 yaşlı Əhliman Səlim oğlu Hacıyev yaşadığı evin həyətində ölü halda tapılıb. Onun hansı səbəbdən öldüyü bilinmir.
3 uşaq atası olan mərhum Ağdaş Su meliorasiya sistemlərinin istismarı idarəsinin şöbə müdiridir.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.