Close

Körpüdə çalışan fəhlə yıxılıb öldü

Ağsu rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

TNS xəbər verir ki, mayın 23-ü saat 19 radələrində Kalva kəndinin ərazisində Qobustan rayon sakini 1964-cü il təvəllüdlü Umud Cəfərov hündürlükdən yıxılıb.

Muğanlı-İsmayıllı yolunda körpü tikintisində fəhlə kimi çalışan kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Ağsu Rayon Prokurorluğunda araşdırma aparılır.