Close

Rusiyada axtarılırdı, 11 il sonra Azərbaycanda tapıldı

Rusiya Federasiyası ərazisinə bir neçə yüz kiloqramdan artıq heroini gətirməkdə təqsirli bilinən Tacikistan vətəndaşı Emomov Taqaymurod Azərbaycanda saxlanılıb.

TNS xəbər verir ki, bu barədə TASS-da məlumat yayılıb.

Bildirilib ki, E. Taqaymurod xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 11 ildən artıq axtarışda olub.

İttiham tərəfinin fikrincə, təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində xüsusilə təhlükəli cinayətlərin təşkilində təqsirli bilinir.

Qeyd edilib ki, onun hazırda Rusiya Federasiyasına ekstradisiyası gözlənilir.