Ata 2 yaşlı qızını maşınla vurub öldürdü
23
22:00 - 22 May 2025

Şirvan sakini ehtiyatsızlıqdan iki yaşlı övladını avtomobillə vurub.
TNS APA-ya istinadla xəbər verir ki, hadisə Şirvan şəhəri Vidadi küçəsində qeydə alınıb.
Mikroavtobusunu təmir edən şəhər sakini avtomobili arxaya verərkən 2023-cü il təvəllüdlü qızı maşının altında qalıb.
Xəsarətlər alan azyaşlı Şirvan xəstəxanasına yerləşdirilib.
Müdaxilələrə baxmayaraq 2 yaşlı körpə dünyasını dəyişib.