Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyənlərə hökm oxundu

Azərbaycanda qanunsuz olaraq “Kərimə dövləti” qurmaq niyyətində olan şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
TNS “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Şəlalə Həsənovanın sədrlik etdiyi hakimlər belə qənaətə gəlib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar məhkəmə istintaqında toplanmış sübutlarla təsdiqini tapıb.
Hökmə əsasən Arif Cümşüdov və Anar İsayev 17 il, Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov və Tərzan Qaraşov hər biri ayrı-ayrılıqda 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, adıçəkilən şəxslərin cinayətkar planları Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən ifşa edilib. Onlar dövlətə qarşı yönəlmiş cinayət əməllərində ittiham olunaraq həbs ediliblər.