Close

Binasının blokunda narkotik qəbul edən şəxs saxlanılıb

Paytaxtın Yasamal rayonunda binalardan birinin blokunda narkotik qəbul edən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Bu barədə TNS-ə DİN-in Mətbuat xidmətindən bildirilib.

Tədbirlərlə 40 yaşlı Məmmədov Elşən Eldar oğlu saxlanılaraq məsuliyyətə cəlb edilib.

Bundan əvvəl Yasamal rayonunda yerləşən yaşayış binalarından birinin blokunda naməlum şəxslərin narkotik vasitə istifadə etməsi və digər qeyri-adekvat hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev bildirib ki, həmin görüntülərin əks olunduğu yaşayış binasında narkotik aludəçilərinin intensiv hərəkəti ilə bağlı məlumatlar Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yoxlanılmaqla ərazi müşahidəyə götürülüb. Müəyyən edilib ki, həmin binada olan mənzillərin birində narkotik satışının təşkili ilə bağlı əsaslı şübhələr var. Davam etdirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 38 yaşlı Elgün Əliyev saxlanılaraq həbs edilib. Ondan 1 kiloqram 550 qram narkotiv vasitə heroin, 1 kiloqram 300 qram psixotrop maddə metamfetamin və elektron tərəzi aşkarlanaraq götürülüb.