Sumqayıtda binada yanğın, təxliyə edilənlər var
6
09:22 - 22 May 2025

Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib.
Bu barədə TNS-ə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd elektrik sayğacı və 10 paq.m elektrik kabeli yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2-si uşaq olmaqla, 3 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.