Close

665 bal toplayan azərbaycanlı gənc faciəvi şəkildə öldü

ABŞ-nin Florida ştatında yerləşən Mayami şəhərində azərbaycanlı gənc vəfat edib.

TNS xəbər verir ki, bu barədə Floridada yaşayan həmyerlilərimiz məlumat yayıb.

Bostonda yaşayan Ceyhun Sadıqbəyli Mayamidə “South Beach” adlanan ərazidəki çimərlikdə suda boğularaq ölüb.

Onun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, C. Sadibəyli 665 balla ADA Universitetinin biznesin idarə edilməsi ixtisasının ingiliscə bölməsinə daxil olub.