Avtobusun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs saxlanılıb
2
22:40 - 20 May 2025

Paytaxtın Yasamal rayonunda 65 saylı marşrut avtobusunun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli TNS-ə bildirib ki, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 38 yaşlı Qurbanov Ruslan saxlanılaraq məsuliyyətə cəlb edilib.
Onun əməlinə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisə mayın 17-də baş verib.