Avtobusda bıçaqla sərnişinləri hədələyən qadın saxlanıldı - VİDEO
50
10:24 - 20 May 2025

Bakıda əlində bıçaqla avtobusa daxil olan qadın digər sərnişinləri hədələyib.
TNS xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.
Qadının bu hərəkəti sərnişinlər arasında narahatlıq yaradıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli TNS-ə açıqlamasında bildirib ki, onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülüb:
"İctimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 1957-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən saxlanılıb".