Tanınmış jurnalist vəfat etdi - FOTO

Azərbaycan Tibb Universitetinin (ATU) “Təbib” qəzetinin məsul katibi, şair, jurnalist Mənsur Ələkbərov vəfat edib.
Bu barədə TNS-ə ATU-nun mətbuat xidmətindən məlumat verilib.
ATU rəhbərliyi və kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.
Mənsur Abbas oğlu Ələkbərov 13 yanvar 1963-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Subatan kəndində doğulub. 1981-ci ildə orta məktəbi bitirib.
1988-ci ildə Azərbaycan Dövlət Universitetinin "Kitabşünaslıq və nəşr işi" fakültəsinə daxil olub və təhsilini davam etdirməklə bərabər M.F.Axundov adına dövlət kitabxanasında Elmi-metodiki şöbədə redaktor, baş redaktor vəzifələrində çalışıb.
1993-cü ildə həmin fakültəni poliqrafiya ixtisası üzrə başa vurub.
1997-ci ildən Azərbaycan Tibb Universitetinin mətbu orqanı olan "Təbib" qəzetində məsul katib işləyirdi.
Bu illər ərzində yüzlərlə ədəbi-publisistik məqalələri, bədii yazıları, şeirləri dövrü mətbuatda işıq üzü görüb, onlara kitaba redaktorluq edib.
Allah rəhmət eləsin.