Göygöldə kütləvi dava: iki qardaş ağır yaralandı
21
20:21 - 19 May 2025

Göygöldə torpaq üstündə kütləvi dava olub.
TNS Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Quşqara kəndində baş verib.
İlkin məlumata görə, bir neçə nəfər kənd sakini 1993-cü il təvəllüdlü Müşfiq Nurməmmədov və onun qardaşı Hüseyn Nurməmmədova küt alətlə ağır xəsarət yetiriblər.
Adıçəkilən şəxslər Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıblar.
Onların vəziyyəti kafi qiymətləndirilir. İddiaya görə, mübahisə torpaq üstündə düşüb.
Faktla bağlı araşdırma aparılır.