Bakıda kişi 9 qaşıq uddu - FOTO
7
11:43 - 19 May 2025

Bakıda 55 yaşlı kişi 9 ədəd qaşıq udub.
TNS xəbər verir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzindən bildirilib.
Qeyd olunub ki, 19 may tarixində saat 01:00 radələrində Çağrı Mərkəzinə daxil olan zəng nəticəsində ağır vəziyyətdə olan bir vətəndaş barədə məlumat daxil olub:
Şəxsin yad cisim udması səbəbilə təcili tibbi müdaxiləyə ehtiyacı olub. Endoskopik müdaxilə 4 saat davam edib və nəticə etibarilə zərərçəkənin vəziyyəti stabilləşdirilib.
Hazırda pasiyent reanimasiya şöbəsində müalicəsini davam etdirir, vəziyyəti stabildir", - deyə xəstəxanadan bildirilib.