Faciəvi şəkildə ölən sərnişinin görüntüsü - FOTO
11
09:53 - 19 May 2025

Xəbər verdiyimiz kimi, Bakıda avtomobil mopedlə toqquşub.
TNS qəzada həlak olan mopeddəki sərnişinin fotosunu təqdim edir:
Xatırladaq ki, hadisə Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 58 ünvanında qeydə alınıb.
Sadəddi Ağakişiyevin idarə etdiyi “Toyota Prius C” markalı avtomobil hərəkətdə olarkən Samir Məmmədovun idarə etdiyi “Minsk” markalı mopedlə toqquşub.
Nəticədə mopeddə olan sərnişin Əşrəf Mirzəyev müxtəlif dərəcəli xəsarətlərdən xəstəxanada ölüb.