Minik və yük avtomobili toqquşdu - Qazi və hamilə həyat yoldaşı həlak oldular - YENİLƏNİB-FOTO

Gecə saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran şəhəri yaxınlığından keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsində həlak olan digər şəxsin də kimliyi məlum olub.
TNS "Qafqazinfo"ya istinadən xəbər verir ki, ölən digər şəxs sürücü Akif Zeynalzadənin həyat yoldaşı Dinara Zeynalzadə olub. Onların bir övladları var. D.Zeynalzadə ikinci övladına hamilə olub.
Əlavə edək ki, A.Zeynalzadə Vətən müharibəsi qazisi idi.
12:00
Şabranda rayonunda minik avtomobili və yük maşınının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölüb.
TNS-in məlumatına görə, hadisə Bakı – Quba – Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, “Renault” markalı minik avtomobilinin və yük maşınının (TIR) toqquşması nəticəsində iki nəfər hadisə yerində ölüb.
Qəzaya səbəb kimi minik avtomobilinin qarşı hərəkət zolağına çıxması göstərilir.
Faktla bağlı araşdırma aparılır.