Close

Bərdə sakini qoşqudan yıxılaraq ÖLDÜ

Bərdədə qoşqudan yıxılan şəxs ölüb.

TNS APA-ya istinadla xəbər verir ki, hadisə 6 gün əvvəl Bərdənin Yeni Daşkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 2000-ci il təvəllüdlü Əlizadə Kənan Asif oğlu ot dərzləri yığılmış traktor qoşqusundan yıxılıb. O, ağır xəsarətlərlə Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Tibbi müdaxilələrə baxmayaraq, 26 yaşlı Kənan Əlizadənin həyatını xilas etmək mümkün olmayıb. O, bu gün xəstəxanada ölüb.