Məktəbli qızın meyiti tapıldı
30
20:40 - 16 May 2025

İmişlidə 15 yaşlı qızın meyiti tapılıb.
TNS xəbər verir ki, hadisə İmişli rayonunun Qaralar kəndində qeydə alınıb.
9-cu sinif şagirdi Türkan Fariz qızı Mütəllimovanın meyiti yaşadığı evin həyətində yerləşən yarımtikilidə aşkar edilib.
Məktəblinin ölümü ilə bağlı İmişli rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.