Close

Xocasəndə taxta sexinin ərazisində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində taxta sexinin ərazisində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. 

Bu barədə TNS-ə FHN-dən məlumat verilib.

18:00

Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində taxta sexinin ərazisində yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-in Mətbuat xidmətindən TNS-ə verilən məlumata görə, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

17:30

Bakının Binəqədi rayonu Xocasən qəsəbəsində taxta yeşiklər yığılmış ərazi yanır.

Fövqəladə Hallar Nazirliyindən (FHN) TNS-ə verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.