Vəhşicəsinə öldürülən Elgünə müəllimindən xatirə - FOTO

Xəbər verdiyimiz kimi, mayın 12-si axşam saatlarında Gəncədə 18 yaşlı Elgün İbrahimov küçədə döyülüb və ertəsi gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Hadisəni kimin törətdiyi məlum deyil. Hüquq-mühafizə orqanları cinayət əməlini törədən şəxs və şəxslərin axtarışını davam etdirir.
TNS xəbər verir ki, Elgünün təhsil aldığı 34 saylı məktəbin müəlliminin təsirli xatirəsi diqqət çəkib.
Müəllimin Elgünə ithaf etdiyi ürək sözlərini təqdim edirik:
"Sənin həyat hekayən çox qısa oldu.
Ömrün gözəl çağında çırağın söndü.
Gəncliyini səndən vaxtsız aldılar.
Sənsə mələk olub dünyadan köçdün".