Dənizdə batdığı ehtimal edilən şəxs sağ tapılıb
12
19:27 - 15 May 2025

Bakıda 7 aydır itkin kimi axtarılan şəxs tapılıb.
TNS Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, itkin kimi axtarılan 28 yaşlı Qurbanlı Kənan Vaqif oğlu Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tapılıb.
Qeyd edək ki, ötən ilin oktyabrında itkin düşən K. Qurbanlının dənizdə batdığı ehtimal olunurdu.
Onun indiyədək harada olduğu hələlik açıqlanmayıb.