Close

Başqa kişidən borc istədiyinə görə arvadını bıçaqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını bıçaqlamaqda təqsirlədirilən Ruslan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

TNS xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə R.Əliyev 3 il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Xəzər rayonu ərazisindəki "Ulduz" düşərgəsində baş verib. Həmin düşərgədə yaşayan R.Əliyevin həyat yoldaşı bir nəfərdən borc alıb. Həmin pulu qaytara bilmədiyi üçün qonşusu Samirdən borc pul istəyib. Bu proses bir neçə dəfə davam edib. Ruslan həyat yoldaşının dəfələrlə Samirlə danışdığını və yazışdığını görüb və bu barədə ona xəbərdarlıq edib.

Sonuncu dəfə Ruslan yenə həyat yoldaşını Samirlə danışarkən tutub və ona iki bıçaq zərbəsi vurub.

Faktla bağlı cinayət işi başlayıb, R.Əliyev saxlanılıb.