Prospektdə dəhşətli qəza - Sıxlıq yarandı
10
09:10 - 15 May 2025

Bakının Xətai rayonu, Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə TNS-ə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Qeyd olunub ki, qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb. Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.