Close

Xaçmazda avtomobil məktəblini vuraraq öldürüb

Gəndob-Yalama avtomobil yolunda, Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

TNS xəbər verir ki, minik avtomobili yolu keçən piyada Nərəcan kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Turan Məcidovu vurub. Ağır xəsarətlər alan yeniyetmə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.