Close

13:46
14 May 2025

Sumqayıtda binada yanğın, sakinlər təxliyə edildi - YENİLƏNİB

Sumqayıt şəhəri, N.Nərimanov küçəsində yerləşən yaşayış binasında baş verən yanğın söndürülüb. 

Bu barədə TNS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, yanğınsöndürənlərin müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 40kv.m. olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 10 kv.m. sahədə yanıb. Yanğınsöndürənlər tərəfindən yanğın baş vermiş mənzildə həyatı təhlükədə qalmış 1 nəfər avtonərdivan vasitəsilə xilas olunub, bina sakinləri təxliyə edilib.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

10:30

Sumqayıtda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə edilib.

TNS "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin 30-cu məhəlləsində yerləşən çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində baş verib.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın zamanı binadakı mənzillərdən bir nəfər xilas edilib, ümumilikdə isə iki sakin təhlükəsiz əraziyə təxliyə edilib.