Close

Qanunsuz köşk də söküldü

Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, 5-ci massiv, 21 nömrəli yaşayış binasının yaxınlığında özbaşına obyektin quraşdırılması ilə bağlı kütləvi informasiya vasitələrində yayılmış məlumatlara əsasən baxış keçirilib.

TNS xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən bildirilib.

Qeyd edilib ki, əraziyə monitorinq nəticəsində müəyyən edilib ki, qeyd olunan ünvanda obyektin yerləşdirilməsi heç bir icazəverici sənəd olmadan həyata keçirilib.

Aşkarlanmış qanun pozuntusu ilə əlaqədar olaraq Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və aidiyyəti qurumlar tərəfindən həmin ərazidə quraşdırılmış köşkün sökülməsi və ərazidən çıxarılması təmin edilib.