Close

Bakıda avtomobildən 9 900 manat oğurlanıb

Paytaxtın Xətai rayonunda avtomobildən 9900 manat oğurlayan şəxs saxlanılıb.

TNS xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı X.Mustafayev saxlanılıb.

Digər bir əməliyyatla işlədiyi mağazadan 980 manat oğurlamaqda şübhəli bilinən bir qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.