Close

19:10
12 May 2025
18:30
12 May 2025

Partlayışda yaralanan qadının son vəziyyəti - RƏSMİ

Xəbər verdiyimiz kimi, bu gün Gəncə şəhərində yaşayış binasında partlayış baş verib. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. 

TƏBİB-dən TNS-ə bildirilib ki, 12.05.2024-cü il tarixində saat 14:00 radələrində 1961-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Sağ biləyin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti stabildir, müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir".

Azadə Yolçu