Hədələyərək evi yandırıbmış - Özü öldü, qadın yaralandı
Xəbər verdiyimiz kimi, bu gün Gəncə şəhərində yaşayış binasında partlayış baş verib.
TNS xəbər verir ki, Musavat.com-un bölgə müxbiri hadisə ilə bağlı detalları öyrənib.
Məlumata görə, hadisəni törədən Adil adlı şəxs bir müddət öncə ev yiyəsi, bıçaqlanan 1961-ci il təvəllüdlü Şahməmmədova Gülnaz Saleh qızından pul istəyib. Ancaq istədiyi pulu ala bilməyib.
Qadına pula görə hədə-qorxu gəldiyi üçün Gülnar Şahməmmədova onu polisə şikayət edib. Daha sonra Adil qadının evinə gedib və aralarında mübahisə yaranıb.
Mübahisədən sonra o, qadına bıçaqla xəsarət yetirib, evi də yandırıb. Baş verən yanğın nəticəsində özü dünyasını dəyişib.